Hollandiyanın Amsterdam şəhərindən İstanbula gələn ər-arvad və 2 uşaqdan ibarət olan S. ailəsi ilə Atatürk Hava limanında bir gömrük məmuru arasında "axtarış" mübahisəsi davayla nəticələnib.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, S. ailəsi pasport idarəsindən keçdikdən sonra, hava limanından çıxmaq üçün gömrük məmurlarının olduğu sahəyə doğru hərəkət etməli olublar. Bu məqamda aldıqları qaçaqmalçılıq xəbərindən sonra gömrük işçiləri S. ailəsini dayandıraraq çamadanlarını axtarmaq istəyiblər. Gömrük məmuru İ.S. şəxsiyyətini təsdiq edən sənəti göstərərək ailənin onun arxasınca gəlmələrini istəyib. Gömrük məmurunun israrlarına baxmayaraq, dayanmaq istəməyən ana Y. S. bu məqamda tarazlığını itirərək yıxılıb. Bundan sonra, ata M.Ş. ilə oğullarından Y. S. geri qayıdaraq gömrük məmuruna hücum ediblər. Hadisə yerinə gələn polis S. ailəsini nəzarətə alıb. Qaşından yaralanan və ailədən şikayətçi olan gömrük məmuru İ.S. təcili yardım ilə xəstəxanaya çatdırılıb. Atatürk Hava limanı Gömrük İdarəsinə aparılan S. ailəsi ifadələri alındıqdan sonra prokurorluğa aparılıb.