Bakı şəhər Dövlət Yol Polis İdarəsi yorğun, yuxulu, xəstə halda və yaxud insana yuxu gətirən dərman preparatlarından istifadə edib avtomobil idarə edən sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov unikal.org-a bildirib ki, sükan arxasında olarkən yorğun vəziyətdə, yuxulu halda və yaxud dərman preparatlarının təsiri altında avtomobil idarə edilməsi inzibati xəta tərkibi yaradır.

İdarə rəsmisinin sözlərinə görə, baş vermiş yol-nəqliyyat hadisələrinin müəyyən hissəsi də sözügedən tələblərə məhəl qoymamağa görə baş verir:

"Baş vermiş qəza hadisələrini təhlil etdikdə də bunun şahidi oluruq. Yuxuya gedib qəza törədilməsi faktı ən çox gecə vaxtları qeydə alınır.

V.Əsədov bunun üçün təmsil etdiyi idarənin adından sürücülərə müraciət edib.
Image result for Accident GIF to drive your car while you sleep
"Yuxu günün istənilən vaxtı insana gələ bilər. Tövsiyyə edirik ki, getdiyi istiqamətdən aslı olmayaraq sürücülər özünü piss hiss etikdə və yaxud yuxulu olduqda mütləq yolun kənar, təhlükəsiz ərazisində dayansınlar. Dincəlib, müəyyən fasilədən sonra avtomobil idarə etsinlər.

Şöbə rəisi gün ərzində sürücü neçə saat avtomobil idarə edə bilər sualımıza da münasibət bildirib:

"Qanunda gün ərzində Azərbaycanda sürücünün avtomobilin idaərə etməsi saatla göstərilməsi faktı yoxdur. Amma ölkəmizdə ictimai nəqliyyatda bu öz hüququ həllini tapıb. İctimai nəqliyyatda sürücü vəzifəsində işləyən adamların iş vaxtı 8 saat nəzərdə tutulub.