Bir müddət öncə ermənipərəst mövqe ifadə etdiyinə görə yazıçı Əkrəm Əylisi ilə bağlı ən sərt addımların atılması tələbi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdən gəlmişdi.

Belə ki, partiya sədri onun bu hərəkətlərinə görə, qulağının kəsilməsinin vacib olduğunu bəyan etmişdi. Bu barədə unikal.org-a açıqlama verən H.Hacıyev deyəsən, "qulaqkəsmə əməliyyatı"nı yenidən gündəmə gətirmək istəyir: "Yadınıza gəlirsə, mən Əkrəm Əylisli məsələsində ortaya qəti mövqe qoymuşdum. O vaxt məni hətta həbs etmək istəyirdilər. ABŞ Dövət Departamentindən müraciət etmişdilər ki, Müasir Müsavat partiyası bu işləri dayandırsın. Əkrəm Əylisli barəsində zamanında tədbir görülməli idi".
Partiya sədri Ermənistan Prezidenti Sarkisyanla bağlı da sərt addımların atılmasının zamanı olduğunu deyib. "İmkan versələr, Sarkisyanların qulaqlarını da, başqa yerlərini də kəsərik. Sakisyan başı kəsiləsi erməni dığasıdır. Bu adamın nəsli qarşıqdı. Jirinovski ilə onun qərargahında bir dəfə görüşümüz olmuşdu. O demişdi ki, Sərkisyan da sizdəndir, niyə bu qədər narahat olursunuz. Amma bu zatı qarışığa güzəştə getmək olmaz. Onun kimilərə elə dərs vermək lazımdır ki, bir də başqasının torpağına göz dikməsin" – deyə Hafiz Hacıyev bildirib.

Həsən Babayev