Prezident İlham Əliyev Nəriman Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin.