Rəsmi Bakı Rusiyanın Suriyadakı əməliyyat təcrübəsini öyrənir və RF Müdafiə Nazirliyinə öz regionuna aid məlumatların təqdim edilməsi məsələsinə baxır.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov RİA Novosti-yə müsahibəsində deyib.
Z.Həsənov qeyd edib ki, dünyada hərbçilərin bütün son hərbi münaqişələrin nəticələrini öyrənməsi praktikası var:
"Bu, həm uğurla, həm də uğursuzluqla nəticələnə bilər. Təbii ki, biz Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrənirik. Mütəxəssislərlə təcrübə mübadiləsi aparılır. Biz dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə fikir mübadiləsi aparmışıq".