Azərbaycan Ermənistanda yerləşən "İsgəndər komplekslərinin raketlərini vura biləcək raket əleyhinə silahlara malikdir.
Unikal.org-un xəbərinə görə, bunu "RİA Novostiyə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.
"Müdafiə naziri olaraq bəyan edirəm ki, bizim "İsgəndər raketlərinə qarşı sistemimiz var. Bizim də raketlərimiz var, onların sayı 50 dəfə çoxdur. Dediklərimə görə tam məsuliyyət daşıyıram. Təsəvvür edin, onlar bunu tətbiq etmək fikrinə düşsələr, hərbi hədəflərə və infrastruktura cavab atəşi necə olacaq?, - deyə o vurğulayıb.
Z. Həsənov qeyd edib ki, Azərbaycan həmin raketləri Rusiyadan almasa da, keyfiyyət baxımından analoqlarından geri qalmır: "İsgəndər yaxşı raket sistemidir. Lakin bir neçə sual var. İlk növbədə bu hansı "İsgəndərdir? Onların bir neçə növü var. İkincisi, həmin "İsgəndərlərin vəziyyəti necədir. Üçüncüsü, kim o "İsgəndərləri idarə edir. Dördüncüsü, onlar "İsgəndərləri tətbiq edə biləcəklərmi? Hərbçi olaraq, biz həmişə ən pis variantı nəzərdən keçiririk, ona hazırıq. Düzdür, biz o raketləri Rusiyadan almamışıq, lakin keyfiyyətinə görə heç də geri qalmır. Mən sizə deyim, biz döyüş atəşləri həyata keçirmişik, nəticə əladır. Əminik ki, yaşayış məntəqələri və Silahlı Qüvvələrimizi müdafiə edə bilərik".