"Pyotr Poroşenko Bloku"nun bu gün keçirilən iclasında fraksiyanın lideri Yuriy Luçenko Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən Ukraynanın yeni infrastruktur naziri Vladimir Omelyan, daxili işlər naziri isə Arsen Avakovdur. Onların hər ikisi erməni əsillidir.
Məlumata qeyd olunub ki, Ukrayna prezidenti Pyotr Poroşenko siyahıda olanların namizədliyini təsdiqləyib.