Venesuela prezidenti Nikolas Maduro ölkədə yaşanan elektrik böhranı ilə əlaqədar qadınlardan saçqurudan fenlərdən istifadə etməməyi xahiş edib.
Unikal.org bu barədə azvision.az-a istinadən xəbər verir.
Prezident qeyd edib ki, əgər qadınlar saçqurudan fenlərdən istifadə etməsələr, daha gözəl görünərlər: "Mən həmişə hesab etmişəm ki, qadınlar saçlarını əllə düzəltdikləri və onları təbii yollarla qurutduqları zaman daha gözəl görünürlər".
Venesuela prezidentinin bu məsləhəti heç də bütün qadınların ürəyincə olmayıb.