Qazaxda hərbi sursat aşkarlanıb.

Unikal.org-un Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən verdiyi xəbərə görə, rayonun Fərəhli kəndində kəndarası torpaq yolunun kənarından 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar edilərək götürülüb, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.