Aydın şəhərinin Quşadası qəsəbəsində qadın alverçilərinə qarşı 2 bar, 2 ev və 2 avtomobilə qarşı əməliyyat keçirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində qadınları fahişəliyə məcbur edən 5 nəfər saxlanılıb.
Bundan başqa, 2 Azərbaycan vətəndaşı, 3 erməni, 2 özbək, 3 qazaxıstanlı, 2 ukraynalı və 4 qırğız olmaqla ümumilikdə 16 qadın da saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.