Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana iş istənilib.
Unikal.org APA-ın məlumatına görə, Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin iclasında dövlət ittihamçısı L. Ayrapetyanın cəzasını ümumi rejimli koloniyada çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan "Başneft" işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.
İstintaqın məlumatına görə, L. Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.