***
17:52

Naxçıvan Muxtar Respublikasının daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov vəzifəsindən azad olunub.

Unikal.org xəbər verir ki, bu barədə "AzPolitika etibarlı mənbələrə istinadla bildirib. Hazırda onun səlahiyyətləri nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirilir.

Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə, nazir təqaüdə göndərilib.

ehmed-sebuhi

Bir başqa məlumata görə, hazırda Naxçıvanın DİN sistemində əsaslı yoxlamalar aparılır.

Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Bu barədə çoxsaylı ziddiyyətli şayiələr yayılıb. Lakin onların hansının həqiqətə yaxın olduğunu təyin etmək mümkün deyil.

Naxçıvan polisinə bundan sonra kimin rəhbərlik edəcəyinə gəlincə, bu sırada bir neçə namizədin adı çəkilir.

***
19:42

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.

Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.