Aprel şəhidi, polkovnik Raquf Orucovun oğlu Aqşin Orucovun tələbə adını qazanması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan məlumatlarda onun 600 bal yığması vurğulanır.
Unikal.org xəbər verir ki, qafqazinfo məsələni dəqiqləşdirmək üçün şəhidin xanımı Sevinc Orucova ilə əlaqə saxlayıb. O qeyd edib ki, sosial şəbəkələrdə qeyd olunduğu kimi oğlum 600 bal yığmayıb: " Amma onu hədəfi 600 bal yığmaq idi. Buna görə məyus olub. Hazırda 550 civarında bal toplayıb.
İkinci turun imtahan sualları çox çətin idi.
Aqşinin arzusu İqtisadiyyat Universitenin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmaqdır. ADA Universitetində ballar aşağı düşsə, oranı da seçə bilər. İxtisas seçimi hələ iyulun 27-də olacaq".