Populyar "WhatsApp messenceri öz əlavəsində "YouTube videolarını dəstəkləməyə başlayacaq.

Unikal.org xəbər verir ki, tərtibatçılar gizli imkanlara malik yeni funksiyanın sınaqlarına başlayıblar.

Bu isə keçid olmadan dərhal messencerin özündə populyar video hostinqdə videoya baxmaq imkanıdır. Yeni funksiyanı artıq əlavənin 2.17.40 versiyasında istifadə etmək mümkündür. Video çarxlar birbaşa olaraq əlavədə açılır və "WhatsApp istifadəçilərinin əlavə proqramlardan istifadə etmək işini asanlaşdırır.

Bu beta versiyanın istifadəçiləri "YouTube çarxını fasiləsiz istifadə edərək bu videonun pəncərəsinin həcmini dəyişə, onu tam bağlı və ya tam həcmli ekranlı rejimdə göndərə də biləcəklər. Ancaq bu funksiya hələlik ancaq iOS əməliyyat sistemi ilə işləyən, "iPhone 6 cihazlarından başlayaraq daha yuxarı versiyalarda istifadə üçün yaradılıb.

"Android və ya "Windows Phone əməliyyat sistemi ilə işləyən cihazlar hələlik yeni imkanlardan istifadə edə bilməyəcəklər.