Türkiyəli aktrisa Tuba Büyüküstün aktyor Onur Saylakdan boşandıqdan sonra iş adamı Umut Evirgenlə sevgili olmuşdu.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumatına görə, Evirgen cütlüyün  bir yerdə fotosunu çəkən jurnalisti döydüyü üçün həbs olunub.

Bir aydır həbsdə olan iş adamı bu gün hakim qarşısına çıxacaq. Bir neçə gün əvvəl isə Tuba onu həbsxanada ziyarət etmək istəyib. Umut buna qarşı çıxaraq "Məni burada belə görməyini istəmirəm" deyib.