"Baku Medical Plaza" klinikalar şəbəkəsinin Babək filialında bu gün dünyaya gələn körpələrin sayında artım müşahidə olunub.
Klinikanın Neonatologiya şöbəsinin neonatolqu Dr.Gültəkin Qədirova Unikal.org-a bildirib ki, bu günün tarixindəki rəqəmlərinin sıralamasına görə (17.07.17) anaların bir çoxu körpələrini məhz belə tarixdə dünyaya gətirmək istəyirlər: "Əvvəlki buna oxşartarixlərdə də klinikamızda dünyaya gələ körpələrin sayı çox olur. Gecədən bəri, keysəriyyə və təbii doğuşla 52-yə yaxın körpə dünyaya gəlib. Yəqin ki, günün sonuna bu rəqəm artacaq".