Müğənni Natavan Həbibinin toyunda barışıq olub.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, illərdir Valeri və Vadim İlişayev qardaşları ilə sənətçi küsülüdür.
Bir müddət əvvəl isə onlar barışıb. Əldə etdiyimiz məlumata görə, onları barışdıran N.Həbibi və qardaşlarla yaxın dost olan aktyor-aparıcı Sərxan Kərəmoğlu olub.
V.İlişayev ötən gün ifaçının toy mərasiminə də qatılıb. Rusiyada yaşayan Valeri məhz bu toy üçün Bakıya gəlib.