ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlovanın 90-AA-518 dövlət nömrə nişanlı "Gelandewagen markalı avtomobili müzakirələrə səbəb olub. "AA seriyaları dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verildiyindən aparıcının idarə etdiyi avtomobilinin bu nömrə ilə olması maraqla qarşılanıb.
Unikal.org xəbər verir ki, yenicag.az-a danışan aparıcının məsələyə münasibəti bir qədər sərt olub:
"Bəli, maşın özümündür. Kiminsə maşınına minməliyəm ki? Camaatı avtomobilimdə mən gəzdirirəm e. Bu nömrə illərdir məndədir. Burada aydınlıq gətiriləsi nə var ki? Cinayət törətmişəm, yoxsa maşın oğurlanıb və ya oğru mənəm? Qoy elə maraq içində də qalsınlar.
Aparıcı maşının sevgilisinə məxsus olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Məni sevgilisi olanlara bənzətməyin. Mən xanımam. Nə vaxt məndən müsahibə alıb, nəsə soruşsalar, o zaman doğru məlumatı da çatdıraram. Daha dovşan kimi kol dibindən boylanıb, şəklimi niyə çəkirlər?