Abşeron rayon polis idarəsinə müraciət edən vətəndaş bildirib ki, ayıq sürücü xidmətindən istifadə edərkən sürücü onun avtomobilindən 5000 manat pul oğurlayıb.
Unikal.org ARB-yə istinadən xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsi müəyyən etmək mümkün olub.
Bakının Nərimanov rayonunda yaşayan 23 yaşlı Nicat Kamalov şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib.
Ehtiyaclarını başqasının pulu ilə ödəmək istəyən Nicat Kamalov avtomobildən götürdüyü pulun 500 manatını xərcləməyə imkan tapıb. Qalan məbləğ isə polis tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.