Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi əməkdar artist, aktrisa Mehriban Xanlarovanı da qəzəbləndirib. 
 
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə edilən şikayətlər nəticəsində Dolinanın səhifəsi bağlanıb. Bu barədə aktrisa Mehriban Xanlarova  İnstaqram səhifəsində qeyd edib:
 
"Lorisa Dolinanın səhifəsi edilən şikayətlər sayəsində bağlanıb. Dilini soxar qarnına, bir də başından böyük qələt edib Azərbaycan haqqında artıq-əskik danışmaz. Bu sənə dərs olsun, Larisa, çaşma. Yoxsa Azərbaycan xalqı çaşan insanı yerində oturtmağı bilir".