Yol polisi Goranboyda kütləvi reyd keçirdi
Unikal.org ARB-yə istinadən xəbər verir ki, gecə avtomagistrallarda özü ilə yanaşı başqaları üçün də təhlükə saçan sürücülər hədəfdədir.
Gecə saatlarında iri tutumlu avtobusla Bakı istiqamətinə sərnişin daşıyır, nəqliyyat vasitəsinin texniki sazlığına nəzər yetirmir, bu azmış kimi sükan arxasına sənədsiz əyləşir.
Görüntülər Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində lentə alınıb. Reyd günəmuzd işləyən əksər sürücülərlə bağlı vəziyyətin eyni olduğunuz üzə çıxarır.
Avtobus sürücüləri arasında yol polisinin saxla işarəsinə tabe olmayanlar da tapılıb. Bir xeyli yol polisi ilə qaçdı qovdu oynayan sürücü qəza şəraiti yaradaraq özünü və sərnişinlərin həyatını təhlükəyə atdı.
Yol verilən qayda pozuntularına görə sürücülər cəzasız qalmayıb. Onların barəsində qanuna uyğun tədbir görülüb.