Xəbər verdiyimiz kimi, Türkiyədə 6,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ daha çox əyalətin Bodrum və Dacia şəhərlərində hiss olunub.
Unikal.org xəbər verir ki, Bodrumda istirahətdə olan məşhur aparıcı İlkin Həsəni də baş verən hadisəylə bağlı sosial şəbəkədə paylaşım edib.
"Ekstrim istirahətimiz davam edir. Rəsmən 2000-ci ildə baş verən Bakı zəlzələsinin həyəcanını yaşadıq. 6.8 bal ,nə bal! Bütün otel həyətdədir. Salamatçılıqdır,dağıntı və tələfat yoxdur.