İngiltərə mədəniyyət naziri Con Uittinqdeyl internetdə tanış olduğu bir fahişə ilə münasibət qurduğunu etiraf edib.
Unikal.org lent.az-a istinadən bildirir ki, nazir bildirib ki, bərabər olduğu insanın əsl peşəsini bilən kimi də ondan ayrılıb.
Con Uittinqdeyl bu barədə BBC-yə açıqlama verib. Onun sözlərinə görə, bu bərabərlik bir müddət davam edib, lakin bu hadisə nazir olmazdan, yəni 2015-ci ilin may ayından əvvələ təsadüf edib: "Yaşadığım bu münasibətin nazir olaraq verdiyim heç bir qərarıma təsiri olmayıb".
Ən maraqlı isə Mədəniyyət Nazirliyi aparatından verilən açıqlamadır: "Uittinqdeyl özəl münasibət yaşamağı haqq edən subay bir kişidir".
BBC-nin Newsnight proqramına qatılan nazir belə bir izahat verib: "Həmin qadınla match.com internet səhifəsində tanış olduq. Mənim yaşlarımda idi və mənə yaxın bir yerdə yaşayırdı. Əsl peşəsi ilə bağlı heç bir məlumat vermədi. Mənim haqqımda tabloid qəzetlərinə hekayə satmağa başladığını gördüm. Və bu münasibəti bitirdim. Bu hadisə bir az məni utandırır".