İstanbulda çeçen Edelgirievi öldürən dəstənin üzvü olan 2 rus kəşfiyyatçı Türkiyə hüquq mühafizə orqanlarının xüsusi əməliyyatı ilə yaxalanıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, ötən ilin noyabrın 1-də İstanbulda çeçen komandiri Vahid Edelgirievi öldürən iki rus agent 8 apreldə həyata keçirilən əməliyyat zamanı ələ keçib.
Rus kəşfiyyatçılar 52 yaşlı Luri Anisimov və 55 yaşlı Aleksandr Smirnov sorğularında danışmaqdan imtina edib.
Rus polislərinin üzərindən saxta olduğu deyilən İnterpol vəsiqəsi, Rusiya dövlət rəsmisinə məxsus fotolar, USB yaddaş kartı, nömrə, 5 telefon, ardıcıl seriya nömrələri olan ABŞ dolları tapılıb.
Bildirilir ki, rus polisləri Avropa ölkələrində kəşfiyyat məqsədli fotolar çəkirmişlər. Hətta ölkələrdəki təhlükəsizlik kameralarının saatbasaat hərəkətini izləyib görüntüləyiblər.