Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən çimərliklərdən birində xuliqanlıq hadisəsi baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Novxanı çimərliyində istirahət edən 38 yaşlı Ceyhunə Rzayeva polisə müraciət edərək bildirib ki, Əflatun adlı şəxs onu döyüb.
Qadın bildirib ki, həmin şəxs onu başqa insanların gözü qarşısında xuliqanlıq zəminində döyüb.
C.Rzayevanın xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib. Araşdırma aparılır.