Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017 beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin "Peykan və "Cövşən raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin "Qazaxıstan və "Sarıarka raket-artilleriya, eləcə də "Jayık hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.
Bu barədə unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.