"Reytinq" qəzetinin baş redaktoru Afiq Mirzəbəyli Prezident İlham Əliyevə 22 İyul - Milli Mətbuat Günü ərəfəsində 255 jurnalisti mənzillə təmin etdiyinə görə təşəkkür məktubu ünvanlayıb.
Unikal.org-un xəbərimə görə, məktubda deyilir ki, Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi maddi dəstək, media işçilərinə qayğı və diqqətini hər kəs kimi o da alqışlayır:
"22 İyul - Milli Mətbuat Günü ərəfəsində 255 jurnalist həmkarımız mənzillə təmin edildi. Bu da təbii ki, özümlə bərabər illərdir kirayələrdə yaşayan çoxsaylı jurnalistlərin sevincinə səbəb oldu. Sevinənlərdən biri də "Reytinq qəzetinin baş redaktor müavini Fazil Əhməddir. O da, mənzillə təmin olundu.
Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması üçün cənab prezident 255 mənzilli üçüncü binanın inşa edilməsi üçün təməl atdı və dərhal bu mənzillərin tikintisi üçün maliyyə ayrılması barədə sərəncam imzaladı. Bu, nəinki media işçiləri tərəfindən, həmçinin xalqımız tərəfindən də yüksək qiymətləndirilir. Bir sözlə, prezident evə ehtiyacı olan jurnalistləri kirayə qayğısından qurtarır.
Baş redaktor jurnalistlərə göstərilən bu qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənova və bu işdə əməyi olan digər şəxslərə təşəkkürünü bildirib.