Bu gün günlərdən 22 iyul - Milli Mətbuat günü-¦
Sözün, söz adamının günüdür, qısacası-¦
Qurani-Kərimdə and içilən qələmi tutanların bayramı-¦
Üç gün əvvəl bir çoxumuz bayramı öncədən qeyd etdik. Azərbaycan Prezidenti növbəti dəfə 255 jurnalist ailəsini sevindirdi. 255 ailənin içərisində ömrünün 30-40 ilini kirayədə yaşayanlar və ya mənim kimi kiçik bir mənzilə qısılıb qalanlar çoxluq təşkil edirdi.
İçərisində elə qələm sahibləri vardı ki, adlarını eşidər-eşitməz, kirayə qaldıqları evin sahibinə zəng edərək, 22 iyulda çıxaraq, öz evlərinə köçəcəklərini bildirmişdilər. Evsizlik həsrəti o qədər yandırıb-yaxıb ki, o dəqiqə evin açarlarını alacaqlarını sanıb canlar-¦
Ancaq-¦ Sosial mediada qopan fırtına hamımızı üzdü-¦ O qədər üzdü ki, bilgə lider Aliya İzzetbeqoviçin bir kəlamını xatırladım.
Bilgə lider deyirdi: "Hər şey bitdiyində xatırlayacağımız şey düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi olacaq.
Bu dəfə susan deyil, danışan dostlarımız, həmkarlarımız, canlarımız, bəlkə də bir qabdan çörək yediyimiz insanlardır ki, indi onları tanımaqda çətinlik çəkirik.
Halbuki, həyat o qədər sürətlə hərəkət edir ki, bütün bunlar da arxada qalacaq. Cənab Prezidentin dediyi kimi, üçüncü binanın tikiləcəyi 3 il elə sürətlə gəlib çatacaq ki, bu gün həmkarlarına qarğış deyənlərin bir çoxu həm də o sözü qonşusuna demiş olacaq-¦
Qəlb qırıldıqdan, ürək bulandıqdan sonra nə anlamı qaldı həmkarlığın və ya qonşuluğun? Siz oraya gəldiyinizdə, bu gün "haram olsun dediklərinizə "qonşun pisdi, köç qurtar prinsipi ilə hərəkət etmələrinə haqq qazandırmırsınızmı?
Bəli, cəmi 255 evə 2500-dən çox iddialı olduğu üçün bu qədər müzakirə anlaşılan idi. Mənzillər bölünərkən, 3 kriteriya əsas götürülmüşdü:
Dövlətə xidmət;
Peşəkarlıq;
Ehtiyac.
Təbii ki, bu siyahıdan kənarda qalanlar arasında onlarla, bəlkə də yüzlərlə dövlətə xidmətindən peşəkarlığına və ehtiyac içində olmağına kimsənin şübhə etmədiyi jurnalistlər var. Ancaq inanıram ki, bundan öncəki bina ilə təməli qoyulan Jurnalist Şəhərciyində bu ehtiyacı olanların da çoxunu görəcəyik. Bəlkə də, görünməyən qapılar açan Rəbbim ev intizarında olanlara elə şans verəcək ki, üç ili gözləmədən mənzil sahibi olacaqlar. Üç ilin sonunu gözləyənlərin bir çoxu bu ənənənin əsəri olan mənzillərlə mükafatlandırılacaqlar. Dünyada analoqu olmayan, Qərbin qısqanclıqla yanaşdığı, Azərbaycanın xarici düşmənlərinin MEYDANını sulamaq istəyən simpatizanlar tərəfindən hər gün pislənilən gözəl bir nümunədir.
Birinci binanın sakinlərinin mövqeyi göstərdi ki, Prezident azad sözün tərəfdarıdır. Çünki o binanın bir çox sakininin məmurların ünvanına yazdığı tənqidi heç sinəsinə döyən müxalifətçilər belə etmir. Mənzil alanlar arasında elələri var ki, onlara o binanın açarlarını versən, düz bildiklərini kimsəyə verməzlər. Çünki bu həm də xarakter məsələsidir.
Xaraktersizlər isə hər kəsi öz arşınları ilə ölçdükləri üçün "satıldı sözünü demək bir o qədər də asandır, onlar üçün-¦
Halbuki, insan öz dövlətinə satılmaz-¦
Öz dövlətinə xidmət bütün xalqlar tərəfindən şərəf sayılır. Yalnız Qərb öz içərisindəki xainləri acımasızcasına məhv etdiyi halda, içimizdə öz dövlətinə xidməti xəyanət sayan xainləri bəsləyər, öz köləsinə çevirər.
Onlar Qərbə xidməti, biz isə bu millət və dövlət üçün fədakarlığı seçirik. Biz onlardan daha sərt şəkildə ölkədəki problemləri, onları yaradan məmurları tənqid edirik. Onlar isə ən kiçik məmurun səhvində dövlətimizi günahkar hesab edirlər. Bizim aramızdakı fərq budur.
Bu səbəbdən də, dövlətin mediaya dəstəyi onlar üçün məqsədəuyğun deyil. Çünki Qərb daim rıçaqların öz əlində olmasını istəyir. Dövlətin təmənnasız dəstəyi isə ondan asılılığı azaldır. Qudurmasının, ardıcıl kampaniyaların real səbəbi budur. Bu səbəbdəndir ki, yetişdirdiyi simpatizanlar kimsəyə fürsət verməməklə yanaşı olub-bitəni öz arşınları ilə ölçürlər-¦ Onlar redaksiyalarda ac-susuz, beş qəpiyə çalışan jurnalistlər istəyirlər, dövlət isə zəngin, ən azından kirayə dərdi çəkməyən müstəqil qələm sahibləri-¦
Qısacası, Prezident növbəti dəfə 255 ailəni sevindirdi. Könül istərdi ki, o ailələr arasında bütün qələm sahibləri olsun. Ancaq yuxarıda qeyd etdiyim kimi, burada gözəl bir ənənənin təməli qoyulub və hər üç ildənbir Şəhərcik daha da genişlənəcək.
Və bundan qazanan yalnız Azərbaycan mediası olacaq.
Bayramlar sülhün elçisidir. Gəlin, qəlb sındırmağı, insanlara sevincini layiqincə yaşamağı haram etməyi bir kənara qoyaq, bayramımızı qeyd edək!
Bizim həmrəyliyimizdən Həsən bəyin, Mirzə Cəlilin, Əbdürrəhim bəyin ruhu şad olacaq!
Gücümüz birliyimizdədir!
Uca Xaqan Abdulhəmid deyirdi ki, "haqqını istəyənin haqqını verin, baş qaldıranın başını vurun! Gəlin, asi olmayaq! Gəlin, baş qaldırmayaq! Haqlısınızsa, biz də sizin sıranızdayıq, dövlət də sizin yanınızdadır. Ancaq bu şəkildə olmaz, canlar! Haqqımızı tələb edək, ancaq qəlb qırmayaq, incitməyək!
Onu da unutmayaq ki, 255 nəfərin əksəriyyəti məhz sizin çoxunuzun çalışdığınız redaksiyalardan və sizin səslərinizlə tərtib olunan siyahılara əsasən verilib. O zaman susub, iş bitdikdən sonra "mən oynamıram demək, vallah bizə yaraşmır. Yuxarılardan ədalətli olmağı tələb etmək üçün özümüzün də ədalətli olmağımız lazımdır. Ən azından bu işin təşkilatçılarının nə qədər ədalətlə bu işi gördüklərinin hamımız şahidiyik. Gəlin, kimsənin əməyini yerə vurmayaq.
Nə isə-¦ Jurnalistika bir peşə deyil. Jurnalistika bir həyat yoludur. Peşəni dəyişmək olar, həyat yolunu, tərzini dəyişmək olmur. Çalışaq, həyat yolumuzda elə addımlayaq ki, sonra arxaya boylanmaqdan çəkinməyək.
Bayramınız mübarək!