Sosial şəbəkələrdə torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin 2-4-də getmiş şiddətli döyüşlər zamanı şəhid olmuş Müşviq Orucovun ailəsinin yaşadığı evin foto şəkilləri yayılıb.
Unikal.org xəbər verir ki, həmin şəkillərdən göründüyü kimi, vaxtilə şəhidimizin yaşayıb oradan hərbi xidmətə yollandığı, indi isə ailəsinin yaşadığı evin vəziyyəti heç də ürəkaçan deyil.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü M. Orucov evin tək oğlu olub. Vaxtilə ali məktəbə qəbul imtahanlarında 700 bal toplamış Müşviq Orucov təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyun ayında Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılmışdı.
 
Milli.az