Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ikinci dəfə ailə həyatı qurub.

Unikal.org goldnews.az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilir. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edir.

Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçılarından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.

Şahmatçı bu barədə sosial şəbəkədə yazıb: "Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat".

Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.