Bu gün iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün yenidən imtahan keçiriləcək.
Unikal.org-un məumatına görə, imtahanda 832 abituriyentin iştirak edəcəyi gözlənilir.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsini gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Xatırladaq ki, imtahan zamanı Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda - idman zalında elektrik naqillərində yanğın baş verib. Hər kəs binadan təxliyyə olunub. Hadisə nəticəsində bir neçə abituriyent və nəzarətçi müəllim zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.