Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda İran tərəfdən açılan atəş nəticəsində 24 yaşlı gənc ölüb.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, ölən gənc Kamuran Fırat adlı Türkiyə vətəndaşıdır.
İnformasiyaya əsasən, o, Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb.
Kamuran Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.