Unikal.org-un nazirliyinin saytına istinadən məlumatına görə, Səhiyyə Nazirliyinə məxsus dördmərtəbəli Yevlax Rayon Mərkəzi Xəstəxanasının 1-ci və 4-cü mərtəbələrində şaxta boyunca elektrik kabelləri 15 p.m, hər mərtəbəsində 20 m2 sahədə kabellər və 2-ci mərtəbəsində 4 ədəd oturacaq qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xəstə xilas, 20 nəfər xəstə isə təxliyyə edilib.
Xəstəxana binasının qalan hissəsi yanğından mühafizə olunub.