Sildrey, rukola, imbir və ya xren. Bakıda bazarlarda eqoztik göyərtilər satılır. Başqa ölkələrdə yetişən bu göyərtilər müxtəlif yemək və salatların hazırlanmasında istifadə olunur. Eyni zamanda müxtəlif xəstəliklərin də dərmanıdır. Əməkdaşlarımız bu gün göyərti bazarında olublar. O da məlum olub ki, möhkəm istilər yerli göyərtilərin azalmasına səbəb olub.
Unikal.org xəbər verir ki, görünüşləri diqqət cəlb edir, amma kimdən soruşsan bilməz ki, bunlar nədir.
Sildrey, rukola, imbir və xren eqzotik göyərtilərdir. Başqa ölkələrdə yetişsədə, son illərdə yerli təsərrüfatçılar bu göyərtiləri ölkəmizdə də əkib becərir və bazarlara çıxarır.
Xren adlı iri yarpaqlı bu göyərtini isə satıcı elə öz qapısında əkib becərib.
Yerli göyərtilər isə son günlərdə qıtlaşıb. Satıcılar bunu havaların isti keçməsi ilə əlaqələndirir. İstilər göyərtiləri yandırdığından qıtlıq yaranıb.
Hazırda göyərtilər Bakı ilə yanaşı bir neçə bölgədən gətirilir.
Göyərtilərin yanında dolmalıq üzüm yarpağı da satılır ki, kilosu 4 manatdır.