Bir neçə gün əvvəl vəzifəsindən qovulan Yasamal rayonunun icra başçısının yerinə hələ təyinat olmayıb.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov bildirib ki, hazırda başçı vəzifəsini İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov icra edir.

Prezident İlham Əliyevin 1 iyul 2017-ci il sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov onun vəzifədən uzaqlaşdırılma səbəbinin dövlət başçısının tapşırğının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar verməsi olduğunu açıqlayıb.

Xatırladaq ki, icra başçısı həm də jurnalsitlərlə kobud rəftarı ilə ilə də hər zaman gündəmdə olub. Çoxları düşünür ki, onun postundan uzalaşdırılması kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı kobud münasibət sərgiləyən digər məmurlara da dərs olmalıdır.