Hazırda kriminal aləmdə "qanuni oğru statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.
Unikal.org cebhe.info-ya istinadən verdiyi məlumata görə, axtarışda olan "qanuni oğru"lar arasında azərbaycanlılar da var.
Bunlar Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb". Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.
Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru" Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir.
1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb. Axtarışdakı üçüncü "qanuni oğru" İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və 2013-cü ildə Moskvada "taclandırılıb".
Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru" arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru" 2001-ci ildən status alıb.