Almaniyanın Hamburq şəhərindəki supermarketlərin birində əlində bıçaq olan şəxs ətrafdakı insanlara hücum edib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi məlumata görə, hadisə zamanı bir nəfər ölüb, bir neçəsi yaralanıb. Polis hücum edən şəxsi yaxalayıb.

Hadisə yerinə avtomatlı polislər cəlb olunub. Polis helikopteri havada müşahidə aparır.