Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher saxlanıb.
Unikal.org xəbər verir ki, o, Kiyevdə Ukrayna hüquq mühafizə orqanları tərəfindən yaxalanıb. 57 yaşlı keçmiş baş məşqçi Kiyevdəki evində həbs edilib.
Xatırladaq ki, Zayzenbaher 11 və 13 yaşlı uşaqları zorlamaqda ittiham olunur. Onun hadisəni 1997-cı ilin sonlarında 2004-ci ilin əvvəllərində törətdiyi bildirilir. Sabiq baş məşqçinin beynəlxalq axtarışa verilməsinə səbəb onun məhkəmə proseslərinə gəlməməsi və istintaqdan gizlənməsidir.