Ukraynanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni müraciət ediləcəyi təqdirdə Gürcüstana ekstradisiya edilə bilər.
Unikal.org-un məlumatına görə, bu barədə Ukraynanın Baş Prokurorluğundakı mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Tbilisi M.Saakaşvilinin ekstradisiyası ilə bağlı müraciət etsə də, bu müraciət qəbul edilməyib. Lakin iyulun 26-da keçmiş qubernator Ukrayna vətəndaşlığından məhrum edilib ki, bu da ekstradisiyanı mümkün edib.