"Azərişıq" ASC Xızı rayonunda yeni ofis binası tikib.
Qurumdan Unikal.org-a daxil olan xəbərə görə, ofis binasında elektrik şəbəkənin əməkdaşları üçün hər cür iş şəraiti yaradılıb. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Fəaliyyət otaqlarından başqa burada işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb və lazımi vəsaitlərlə təchiz edilib. Yeni ofisdə səmərəli fəaliyyət üçün bütün şərait qurulub və mal-material, avtomobillərlə təchiz edilib. İnzibati binanın ətrafında abadlıq işləri də aparılıb. Yaşıllıq zolağı salınaraq ağaclar əkilib.
Hazırda "Azərişıq" tərəfindən aparılan tikinti-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Cari ilin sonuna kimi daha 20 rayonda yeni inzibati binalar inşa olunacaq.