Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb. 

Unikal.org-un xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə  Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib. "Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb, deyə Y.Mavlütova qeyd edib. Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. 

Yanğının səbəbləri araşdırılır.