"Batkivşina" fraksiyasının lideri YuliyaTimoşenko Ali Radada bəyan edib ki, Vladimir Qroysmanın baş nazir postuna seçilməsi Konstitusiya yolu ilə baş verib. "Bu hadisə ikinci Ləyaqət inqilabından sonra oliqarx çevrilişinin qəti təsbitidir. Biz hakimiyyət modelinin Ukrayna prezidentinin əlində cəmləşməsini dəstəkləyə bilmərik",
 
Unikal.org Modern.az-a istinadən bildirir ki, Timoşenko deyib.

Onun sözlərinə görə, iki fraksiya, parlament fraksiyasını təşkil edən "Pyotr Poroşenkonun Bloku" və "Xalq Cəbhəsi" Qroysmanın lehinə cəmisi 206 səs verib. Qalan səslər fraksiyalarda olmayan və kiçik qrupların deputatlarının vasitəsilə qazanılıb. Ukrayna Konstitusiyasına görə Nazirlər Kabinetinin başçısı seçilmək üçün koalisiyanın minimum 226 səsini almalıdır.

"Bu, əslində ölkənin idarəetmə sistemində oliqarxiyanın tam institusializasiyasıdır", - Timoşenko deyib.