Azərbaycan prezidenti İlham Əliyev sinqapurlu həmkarı Toni Tan Kenq Yamı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm.