Anatoli Lappo Bakıda 1990-cı ildə olduğunu qeyd edərək paytaxta budəfəki səfəri zamanı inanılmaz dərəcədə inkişaf gördüyünü deyib. O, sərhədçi olaraq öz xidmətinə Naxçıvanda zastava rəisi kimi başladığını məmnunluqla vurğulayaraq deyib: "Mən Naxçıvanda zastava rəisi vəzifəsində çalışarkən Azərbaycanın əfsanəvi oğlu Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olmuşam və o illəri xoş təəssüratla xatırlayıram.
Prezident İlham Əliyev xoş sözlərə görə məmnunluğunu ifadə edib. Dövlət başçısı ötən dövr ərzində Naxçıvanda böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq, qonağın ölkəmizə bu səfərinin onun xidmət etdiyi yerləri yenidən görmək üçün yaxşı imkan yaratdığını deyib.
Görüşdə Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, iki dövlətin sərhəd xidmətləri arasında əməkdaşlığın əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib.
11:16
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoliy Petroviç Lapponu qəbul edib.
Unikal.org-un xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.