Prezident İlham Əliyev avqustun 9-da Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı bu gün Bakının Yasamal rayonunun keçmiş "Sovetski ərazisində yenidən qurulan "Statistika dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

Sonra Prezident İlham Əliyev yenidən qurulan "Statistika dairəsində görülən işlərlə tanış olub. Dövlət başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı görkəmli şair Mikayıl Müşfiqin abidəsi götürülmüşdü. Sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb.
Xatırladaq ki, Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və "Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr" siyahısına daxildir.