Madrid "Realının futbolçusu İsko komandasını dəyişmək haqda düşünmür. 

Unikal.org-un xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "kral klubu ilə yeni müqavilə imzalayacaq.

Bu barədə ESPN-ə açıqlamasında futbolçu özü məlumat verib: "Praktiki olaraq, yeni sözləşmə haqda razılığa gəlmişik. Bəzi detallarda anlaşmaq qalıb. Ən qısa zamanda klub mənimlə yeni müqavilə bağladığını rəsmən açıqlayacaq.

Qeyd edək ki, İsko "Reala 2013-cü ildə "Malaqadan transfer olunub. O, hazırkı komandasında bu vaxta qədər 192 oyunda 34 qola imza atıb.