Moskvanın Tver məhkəməsi Rusiyanın tanınmış media qurumu RBK-nın jurnalisti Aleksandr Sokolovu 3,5 il azadlıqdan məhrum edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, o, ekstremist təşkilatların fəaliyyətini idarə etməkdə təqsirli bilinib.
Aleksandr Sokolov günahını etiraf edib.
Onunla yanaşı, "Duel qəzetinin keçmiş redaktoru Yuri Muxin 4 il şərti, ictimai fəallar Sergey Barabaş və Valeri Parfenovun hər birinə 4 il iş kəsilib.
Məhkəmənin qərarına əsasən, onlar fəaliyyətinə Rusiya ərazisində qadağa qoyulan "Ordu xalqın iradəsinin işlərində iştirak ediblər. Həmin şəxslər təşkilatın adını "Məsuliyyətli hakimiyyət uğrunda ilə əvəzləyiblər. Adları çəkilənlər ittihamları rədd ediblər.