Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirə bilər. 

Unikal.org-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin "Anartosis klubuna keçməyə yaxındır.

Artıq futbolçu və klub arasında danışıqlar müsbət yekunlaşıb. Müqavilə ilə "Qəbələyə məxsus olan yarımmüdafiəçinin keçidinin gerçəkləşməsi üçün əyalət klubunun da razılığı əldə olunmalıdı.

Əgər "qırmızı-qaralar qışda transfer etdiyi futbolçu ilə yollarını ayırmağa razı olsa, millimizin üzvü karyerasını adada davam etdirəcək.