Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanması münasibəti ilə mətbuat konfransı keçirəcək.

Bu barədə unikal.org-a Milli Olimpiya Komitəsindən bildirilib. Vurğulanıb ki, Ç.Hüseynzadə Ramil Quliyevlə bağlı jurnalistlərin suallarını avqust ayının 15-də cavablandıracaq. Tədbirdə iştirak etmək istəyən jurnalistlər Milli Olimpiya Komitəsindən qeydiyyatdan keçməlidirlər. 

Xatırladaq ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə Lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünvanına ağır ifadələr işlətmişdi. Bildirib ki, Ramil Quliyev fəraridir, "Onda tamamilə türk qanı yoxdur