Azərbaycan-Gürcüstan sərhədində yaranan sıxlıq tam aradan qaldırılıb.
Unikal.org-a bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumar verir.
Qeyd edək ki, həftənin istirahət günləri ilə əlaqədar olaraq bu gün səhər Azərbaycan-Gürcüstan sərhədində sərnişinlər və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub və səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.
"DGK-nin aidiyyəti qurumları dərhal gücləndirilmiş iş rejiminə keçib və görülən müvafiq tədbirlər nəticəsində qısa zaman kəsiyində gömrük postunda sıxlıq tam aradan qaldırılıb. Hazırda Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" sərhəd-gömrük keçid məntəqəsi normal iş rejimində fəaliyyət göstərir", - deyə Komitədən bildirilib.